Məzunların Sərgidə Könüllü olması üçün Elan

Əziz Məzunlar,

EducationUSA məmnuniyyətlə sizi həyata keçirəcəyi təhsil sərgisində öz ABŞ universitetinizi təmsil etməyə dəvət edir. Təhsil sərgisi ABŞ-ın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə 2017-ci il 29 aprel tarixində Amerika Mərkəzində baş tutacaqdır. Qeydiyyatdan keçdikdən sonra sərginin keçiriləcəyi məkan, tarix və zaman haqqında təfərrüatlar sizə bildiriləcək.

Könüllü olmaqda maraqlı olan məzunlardan xahiş olunur ki, onlayn qeydiyyatdan sorğusunda iştirak etsinlər:

https://www.surveymonkey.com/r/Baku_alumna

Qeydiyyat üçün son tarix: 7 fevral.

Dəstəyiniz üçün təşəkkür edirik!

Previous
Previous

CCC proqramı elan olunur

Next
Next

EducationUSA – Təhsil sərgiləri