EducationUSA – Təhsil sərgiləri

EducationUSA ABŞ Səfirliyi və ABŞ Dövlət Departamentinin dəstəyi ilə hər il iki dəfə təhsil sərgisi təşkil edir: EducationUSA Təhsil Sərgisi və Məzunların Təhsil Sərgisi.

EducationUSA Təhsil sərgisi ABŞ Səfirliyi və ABŞ Dövlət Departamentinin dəstəyi ilə EducationUSA tərəfindən ildə bir dəfə təşkil edilən təhsil sərgisidir. Azərbaycanlı tələbələrlə görüş üçün ABŞ Universitetlərinin nümayəndələri Azərbaycana səfər edirlər. Gələcəkdə baç tutacaq EducationUSA Təhsil Sərgiləri haqqında məlumatı burdan əldə edə bilərsiz.

ABŞ Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilən Məzunların Təhsil Sərgisi

Prestijli ABŞ Universitetləri haqqında birbaşa ABŞ təhsilli məzunlardan və ABŞ Səfirliyinin əməkdaşlarndan məlumat əldə etmək məqsədilə sizləri “Məzunların Təhsil Sərgisi”ndə iştirak etməyə dəvət edirik. Məzunlar 20-dən çox ABŞ Universitetini təmsil edəcəklər. Bu sərgidə təhsil sistemi, qəbul meyarları, ixtisaslar və maliyyə dəstəyi imkanları haqqında məlumat veriləcək.

Əlavə məlumat üçün Beynəlxalq Təhsil üzrə Amerika Şurası/ EducationUSA departamenti ilə əlaqə saxlayın.
Telefon: (+994 12) 436-75-29; (+994 12) 448-28-45

Previous
Previous

Məzunların Sərgidə Könüllü olması üçün Elan