Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Azərbaycan Nümayəndəliyi haqqında

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Azərbaycan Nümayəndəliyi haqqında

1993-cü ildən bəri Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Azərbaycan nümayəndəliyinə ev sahibliyi edən paytaxt Bakı Abşeron yarımadasının cənubunda Xəzər dənizi sahilində yerləşir. Uzun tarixi və geniş coğrafi ərazisi və əhalisi ilə Bakı Şərqin ən qədim və ən böyük şəhərlərindən biri olub bir çox teatrları, muzeyləri və akademik institutları sayəsində Azərbaycanın mədəniyyət mərkəzi olaraq tanınır.

Çoxsaylı proqramalarımızdan əlavə, nümayəndəlik rəsmi SAT imtahanını da həyata keçirir. Ofisimiz ABŞ-ın Azərbaycandakı səfirliyi və Amerika Mərkəzi, yerli orta məktəblər, universitetlər, digər icma təşkilatları və qurumları ilə sıx əməkdaşlıq edir.

Qurumun Azərbaycan nümayəndəliyi 1000-dən çox yerli orta məktəb və universitet tələbəsini, pedaqoq və müəllim heyətini ABŞ-da təhsil almaq, araşdırma aparmaq və təlim keçmək imkanları ilə dəstəkləyib.

Beynəlxalq Təhsil üzrə Amerika Şurası haqqında

Dünyanın ən uğurlu qurumları və dövlətləri mədəni mübadilə, dil öyrənmə və peşəkar ixtisasartırma proqramları vasitəsilə Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə əməkdaşlıq edirlər.

1974-cü ildən bəri təhsil portfelimiz daha da böyüyərək milli təhlükəsizlik, inkişaf və sülh mövzusunda önəmli olan 90 ölkəni də əhatə edib. Proqramlarımızın keyfiyyətini və bütövlüyünü təmin etmək məqsədilə onlar hərtərəfli araşdırmalarla dəstəklənir. İştirakçılarımız orta məktəbdən başlayaraq, aspirantura və peşəkar səviyyəyə qədər bir sıra şəxsləri təmsil edirlər..

Bu günə qədər dövlət rəhbərləri, nazirlər, parlament üzvləri, səfirlər və CEO-lar da daxil olmaqla 94 mindən çox məzundan ibarət bir icma qurmuşuq.

Missiya

Beynəlxalq Təhsil üzrə Amerika Şurası akademik, peşə və mədəni mübadilə, dil öyrənmə, təhsilin inkişafı və tədqiqat sahəsindəki proqram vasitəsilə ilə beynəlxalq əlaqələri və qarşılıqlı anlaşmanı gücləndirir.

Vizyon

Fərdi şəxslərə və qurumlara müxtəlifliklə zəngin və qarşılıqlı əlaqəli bir dünyada çətinliklərin həllində dəstək olmaq.

Gizlilik siyasətimizi ingilis dilində buradan əldə edə bilərsiniz.