CCC proqramı elan olunur

EducationUSA Azerbaijan, sizləri Competitive College Club 2020-ə müraciət etməyə dəvət edir!

CCC ABŞ kollec və universitetlərinə rəqabətcil abituriyent olmaq istəyən məktəb şagirdlərinə (8, 9, 10-cu siniflər) kömək edən intensiv qrup məsləhət proqramıdır. Bütün CCC dərsləri 18 ay ərzində fərdi akademik inkişafa, ərizə hazırlığına həsr ediləcəkdir.

Namizədlər üçün tələblər:
– Müraciət edənlər Azərbaycan vətəndaşı olmalıdırlar.
– dövlət məktəbində oxumalı.
– yüksək səviyyədə İngilis dili bilikləri olmalı
– akademik iş, icmaya cəlb edilmə və məktəbdənkənar fəaliyyətlər vasitəsilə liderlik potensialını nümayiş etdirməli
– ABŞ-da təhsil almaq istəyini göstərməlidir

Ərizə yüklənməli, doldurulmalı və “CCC 2020-2021” elektron poçtu ilə fbabazade@americancouncils.org elektron poçtuna göndərilməlidir. Müraciət linki: https://cutt.ly/ytObzD2

Müraciət üçün son tarix: 25 May, 2020

Hər hansı bir sualınız olarsa, aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz:
E: evaliyeva@americancouncils.org

Previous
Previous

Beynəlxalq Təhsil Həftəsi

Next
Next

Məzunların Sərgidə Könüllü olması üçün Elan