Beynəlxalq Təhsil Həftəsi

2020-ci ildə Beynəlxalq Təhsil həftəsi 16-20 noyabr tarixlərində baş tutacaq.

Beynəlxalq Təhsil Həftəsi (BTH) dünya üzrə beynəlxalq təhsilin və mübadilə proqramlarının faydalarını qeyd etmək üçün bir fürsətdir. ABŞ Dövlət Departamenti və ABŞ Təhsil Departamentinin bu birgə təşəbbüsü amerikalıları qlobal mühitə hazırlaşdıran və gələcək liderləri xaricdən ABŞ-a təhsil almaq, öyrənmək və təcrübə mübadiləsi həyata keçirmək məqsədilə cəlb edən proqramları təbliğ etmək səylərimizin bir hissəsidir.

Biz beynəlxalq təhsil və mübadilə proqramları ilə maraqlanan fərdlər və qurumları, həmçinin məktəblər, kollec və universitetlər, səfirliklər, beynəlxalq təşkilatlar, biznes qurumları, ictimai birliklər və icma təşkilatlarını fəal iştiraka səsləyirik. Ayrı-ayrı fərdlər və qurumlar rahatlıəq baxımından BTH-ləri daha çox öz yerli icmalarında həyata keçirirlər. İstərdik ki, sizlər də belə tədbirləri daha çox həyata keçirəsiniz. Bu məqsədlə, bu tipli tədbirləri həyata keçirərkən onları təbliğ etməkdə sizin rahatlığınızə təmin etmək üçün təbliğat materialları da təşkil etməyə hazırıq!

Previous
Previous

2021-22 PROQRAM İLİ ÜÇÜN FLEX İMTAHANI ONLAYN ŞƏKİLDƏ KEÇİRİLƏCƏK!

Next
Next

CCC proqramı elan olunur