“Rise” proqram;

“Rise” proqramı

Beynəlxalq Təhsil üzrə Amerika Şurası “Rise” proqramı ilə əməkdaşlıq etməyə başlamışdır. “Rise” proqramı Oksford Universiteti nəzdində fəaliyyət göstərən “Schmidt Futures” və “Rhodes Trust” qurumlarının birgə təşəbbüsüdür. Erik və Vendyi Şmit (Schmidt) tərəfindən təsis edilmiş “Schmidt Futures” ictimai fayda təmin etmək məqsədilə kollektiv bacarıqlardan istifadə edilməsi yolu ilə fərqli sahələr, nəsillər və coğrafi bölgələrdəki istedadlı insanları birləşdirən xeyriyyə təşəbbüsüdür. 1 milyard dollar büdcəsi olan “Rise” proqramı qlobal istedadları aşkar edən və dəstəkləyən təməl proqramdır.

”Rise” proqramı perspektivli yeniyetmələrə fürsətlər təqdim edərək, həyatları boyu fayda təmin etmək məqsədilə onların birlikdə fəaliyyət göstərməklərinə imkan yaradır. Proqram 15-17 yaş arası yeniyetmələr üçün nəzərdə tutulub və onlar üçün ictimai fayda və ömürboyu təhsil məqsədilə dəstək göstərir. Bu dəstəyə ehtiyaca əsaslanan təqaüdlər, mentorluq, şəbəkələşmə, karyera inkişafı imkanlarına çıxış daxildir. Həmçinin, “Rise” proqramının dünya üzrə bütün qalibləri bəşəriyyətin ən aktual problemlərini həll etmək yolunda çalışdıqlarına görə onlara əlavə maliyyə resurslarının ayrılması da bu dəstəyə daxil ola bilər.

Three young women smiling

“Rise” proqramı dünyanın istənilən bir nöqtəsində - orta məktəbdən tutmuş qaçqın düşərgələrinə və elmi sərgilərə qədər istənilən sahədə fəaliyyət göstərən istedadlı yeniyetmələr üçün nəzərdə tutulub. “Rise” proqramı hesab edir ki, istedad bərabər paylanır, lakin fürsətlər isə yox. “Rise” proqramının da missiyası dünyanın ən müstəsna insanları üçün yeniyetməlik çağından başlayaraq ömür boyu davam etməklə onlara fürsətlər təqdim etməkdir.

“Rise” proqramı qlobal bir cəmiyyət sayılır. Əgər tək bir insan dünyanı dəyişə bilirsə, təsəvvür edin ki, perspektivli gənclər şəbəkəsi birlikdə ictimai fayda məqsədilə birlikdə nələr edə bilər. Bu, “Rise” proqramının vizyonudur.

“Rise” proqramına hər il 100-ə qədər qalib seçilir və onlara təqdim edilən geniş fürsətlərə aşağıdakılar daxil ola bilər: öz qruplarındakı həmyaşıdları ilə görüşmək üçün Qaliblər Sammiti, ehtiyaclara əsaslanan ali təhsil təqaüdləri, rəqabət əsaslı maliyyələşdirmə imkanları, “Rise” proqramının qlobal şəbəkəsinə çıxış və başlanğıc kateqoriyalı texnologiya paketlər.

“Rise” proqramının dünya üzrə qaliblərinə təklif olunan fürsətlərə aşağıdakılar daxil ola bilər; xüsusi fürsətlət hər il yeniləndiyi üçün onlar ildən ilə dəyişir:

  • QALİBLƏR SAMMİTİ: “Rise” Qlobal Şəbəkəsinin digər üzvləri ilə birgə, tam maliyyələşdirilən oflayn sammitdə iştirak

  • ALİ TƏHSİL TƏQAÜDLƏR: Dörd illik ali təhsil, o cümlədən təhsil haqqı və ehtiyac əsasənda, maliyyə yardımının təmin edilmədiyi hallarda yaşayış üçün təqaüd.

  • RƏQABƏTCİL ƏSASLARLA İDEYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ: Yerli icmalarda və ya bütün dünyada əsas problemləri həll etmək məqsədilə innovativ ideyaları sınaqdan keçirmək üçün maliyyə resurslarına müraciət etmək imkanı. məsələn, sosial sahibkarlıq üçün kiçik maliyyə yardımından tutmuş qeyri-kommersiya təşkilatları üçün geniş maliyyə resurslarına qədər.

  • ŞƏBƏKƏLƏŞMƏ FÜRSƏTİ: Dünya üzrı digər qaliblərin, icma üzvlərinin və partnyor təşkilatların şəbəkəsinə və əsasən texnologiya vasitəsilə təqdim edilən karyera inkişafı proqramlarına çıxış.

  • STARTER TECHNOLOGY PACKAGES: A technology package, such as a laptop or tablet, to be determined and issued immediately before or during the first semester/term of post-secondary education.

“Rise” proqramına qoşulmaq barədə daha çox öyrənmək üçün bu linkə keçid edin.

 

Proqram haqqında məlumat

Müraciət üçün son tarix
17 yanvar 2024

Uyğunluq tələbləri
Proqrama 2024-cü il 1 iyul tarixinə qədər 15-17 arasında olacaq şəxslər, yəni 2 iyul 2006 və 1 iyul 2009-cu il arasında doğulmuş namizədlər müraciət edə bilər.

Vebsayt
Buradan müraciət edin