Peşəkar İxtisasartırma Proqramı (PFP)
Peşəkar İxtisasartırma Proqramı (PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir. Azərbaycanda proqram Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.
PFP Proqramının məqsədləri: ABŞ-da qanunvericilik prosesinin daha yaxşı başa düşülməsi; ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması; ortaq problem və məsələlərin real həlli yolları üçün ortaq dilin tapılması.
Mühüm Faktlar: Azərbaycanlı namizədlər 2019-cu ilin payız mövsümü proqramında iştirak etmək üçün müsabiqə yolu ilə seçiləcəklər. Maraqlanan namizədlər https://ais.americancouncils.org/pfp saytına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar. Yarımfinalçıların seçimi ərizələrin əsasında aparılacaq və daha sonra Amerika Şurasının Bakı ofisində müsahibələr keçiriləcəkdir. Finalçıların yekun seçimi Amerika Şurasının Vaşinqton ofisində yaradılmış müstəqil komitə üzvləri tərəfindən aparılacaqdır.
ABŞ-a gəldikdən sonra proqram iştirakçılarını ABŞ-dakı siyasi proseslər ilə tanış etmək üçün 3 günlük intensiv görüşlər keçiriləcəkdir. İştirakçılar daha sonra federal hökumətin və ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5-6 həftəlik uzun müddətli təcrübə keçərək hökumət orqanlarının gündəlik fəaliyyəti, hökümət nəzarətinin həyata keçirilməsi və vətəndaş iştirakı kimi məsələlər ilə yaxından tanış olacaqlar. Proqramın sonunda Dövlət Departamenti tərəfindən Vaşinqtonda təşkil olunacaq yekun konfransda iştirakçılar dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərlə görüşmək imkanına malik olacaqlar.
Ətraflı məlumat üçün http://professionalfellows.americancouncils.org internet səhifəsinə baxın.
Aşağıda sadalanan meyarlara uyğun gələn hər bir namizəd proqramda iştirak edə bilər:
• Ərizə verilən zaman 25-35 yaş arası, Azərbaycan vətəndaşı olmalı;
• Universitet məzunu olmalı (bakalavr və ya daha yüksək ixtisas və ya elmi dərəcəyə malik olmalı);
• İngilis dilini bilməli (kağız üzərində olan TOEFL imtahanından 500, İBT-61 və ya onun ekvivalenti – məsələn, Universitet səviyyəsində ingilis dilində aparılan proqram məzunu olmalı, və yaxud İELTS 6 və ya daha yüksək nəticə təqdim etməlidir). Əgər yarımfinalçı bu nəticələrdən heç birini təqdim etməzsə, namizəddən „institusional” TOEFL imtahanı götürüləcəkdir;
• Müvafiq sahədə təcrübəyə malik olmalı və dövlət sektorunda iş fəaliyyətini davam etdirmək niyyətində olmalı;
• Liderlik və əməkdaşlıq bacarıqlarını nümayiş etdirmiş olmalı.
Məzunlarımız haqqında daha çox məlumat əldə etmək üçün bura klikləyin
PFP proqramına necə müraciət etmək olar?
Beynəlxalq Təhsil üzrə Amerika Şurası seçim kriteriyalarlna cavab verən gənc peşəkarları Peşəkar İxtisasartırmaq Proqramına müraciət etməyə dəvət edir. PFP proqramına müraciət etmək üçün namizədlər onlayn müraciət formasını tamamlamalıdırlar.
Onlayn müraciət formasını bu linkdən əldə edə bilərsiz: https://ais.americancouncils.org/pfp.
Müraciət formasına daxil olmaq məqsədilə istifadəçi adı və şifrə yaratmaq lazımdır. Onlayn portala daxil olmazdan öncə öz istifadəçi adınızı və parolunuzu təsdiqləməli olacaqsız. Bunun üçün sizə email vasitəsilə link göndəriləcəkdir. Əgər “Gələnlər” bölməsində həmin mesajı tapa bilməsəz, zəhmət olmasa, spam mesaj qovluğunu yoxlayın.
İstifadəçi adı və parol yaradıb onlar təsdiqləyən kimi PFP-ə müraciət formanıza daxil ola biləcəksiniz. Hazırki müraciətlər siyahısından “PFP {year} Application: Azerbaijan (Fall/Spring)” seçin. Yarana biləcək suallarınıza cavab tapmaq üçün proqramın professionalfellows.americancouncils.org vebsaytına daxil ola bilərsiz. Əlavə məlumata ehtiyac yaranarsa, Azərbaycan üzrə PFP koordinatoru Elgün Məmmədov ilə azerbaijan-pfp@americancouncils.org e-poçt ünvanı, yaxud +99412 4367529/30/31 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiz.
Proqramla Əlaqə
Afa Ibrahimova
Aparıcı Proqram Meneceri
azerbaijan-pfp@americancouncils.org
+994124367529/30/31
Bizi Facebook-da izləyin