Peşəkar İxtisasartırma Proqramına müraciətlər açıq elan olunur

Beynəlxalq Təhsil üzrə Amerika Şurası Peşəkar İxtisasartırma Proqramına müraciətləri açıq elan edir!

Peşəkar İxtisasartırma Proqramı (PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.

Bu proqram iştirakçıları ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5–6 həftəlik təcrübə keçmək imkanı ilə təmin edir. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrənmək üçün qəyyum ailədə yaşayırlar. Proqramdaxili gediş-gəliş səyahət və yaşayış xərcləri təqaüd proqramı tərəfindən təmin olunur.

Proqrama uyğunluq meyarları:
✅ 25-35 yaş arası Azərbaycan vətəndaşı olmalı;
✅ Universitet məzunu olmalı (bakalavr və ya daha yüksək ixtisas və ya elmi dərəcəyə malik olmalı);
✅ İngilis dilini bilməli;
✅ 2 il və ya daha çox iş təcrübəsi olmalı;
✅ Müvafiq sahədə təcrübəyə malik olmalı və dövlət sektorunda iş fəaliyyətini davam etdirmək niyyətində olmalı;
✅ Liderlik və əməkdaşlıq bacarıqlarını nümayiş etdirmiş olmalı.

ABŞ-da qanunvericilik prosesinin daha yaxşı başa düşülməsi, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması üçün azərbaycanlı namizədlər https://ais.americancouncils.org/pfp saytına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar.

ℹ Ətraflı məlumat üçün:
☎️ Telefon: 012 436 75 29/30
📧 E-poçt: azerbaijan-pfp@americancouncils.org

Amerika Şurasının vebsaytına daxil ola:
📥 http://www.americancouncils.az,
və ya Facebook səhifəsindən faydalana bilərsiz:
📥 https://bit.ly/37OxBEW

#Professional #Fellows #Profellows #PFP

Previous
Previous

PFP Məzununun Uğur Hekayəsi

Next
Next

2021-22 PROQRAM İLİ ÜÇÜN FLEX İMTAHANI ONLAYN ŞƏKİLDƏ KEÇİRİLƏCƏK!