Amerikalılar üçün Xarici Dil Proqramı

Amerikalılar üçün Xarici Dil Proqramı (bundan sonra LAP) Müdafiə Nazirliyi Katibliyinin əməkdaşları üçün intensiv dil proqramıdır. LAP müxtəlif ölkələrdə həyata keçirilir. Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Azərbaycan Nümayəndəliyi LAP proqramını Azərbaycan, türk və rus dilləri üzrə həyata keçirir. Adətən, bu proqram dörd həftə davam edir və həftəlik 12 saatlıq dil tədrisindən, 1 saatlıq mədəniyyət və tarix dərsindən və 3 mədəni tədbir/ekskursiyadan ibarət olur