FLEX-in Fiziki Məhdudiyyətli Şagirdləri
1993-cü ildən bəri, 350-dən çox əlilliyi olan şagird FLEX proqramında iştirak edib və bunu müstəqilliyə aparan güclü bir yol və özünə inamın artması kimi təsvir edib.
Fiziki məhdudiyyətli şagirdlər üçün məlumat:
MIUSA Program
FLEX proqramının fiziki məhdudiyytli finalçıları, avqustun ortalarında ABŞ-da qəyyum ailələrinə getmədən əvvəl Oregon ştatında, Eugene şəhərində bir həftəlik müstəqillik bacarıqları seminarında iştirak edirlər. Bu seminarlar ABŞ-da aparıcı əlillik hüquqları təşkilatı olan Mobility İnternational, ABŞ (MIUSA, www.miusa.org) tərəfindən təşkil olunur. MIUSA seminarına aşağıdakılar daxildir:
ABŞ-dakı əlilliyi olan insanlar üçün həyat, o cümlədən təhsil və icma fəaliyyətində hüquq və imkanlar barədə interaktiv sessiyalar;
Liderlik, komanda işi və problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün fəaliyyətlər;
FLEX ili üçün qısa və uzunmüddətli hədəflərə çatmaq üçün fəaliyyət planlaşdırması.
İngilis dili xarici dil olaraq
FLEX-ə qəbul olsanız və ingilis dili bacarıqlarınız hələ inkişaf edirsə, sizə kömək edəcək iki imkana sahib olacaqsınız:
Moldovanın Kişinyov şəhərində Amerika Şurasının EFL (English as Foreign Language) seminarlarıda iştirak etmək üçün təyin oluna bilərsiniz.
Ayrıca Dil Proqramı FLEX şagirdi olaraq təyin oluna bilərsiniz: Yerləşdirmə Təşkilatınız ABŞ məktəbinizə başlamazdan əvvəl ABŞ-da ən azı 14 gün ingilis dilində dərslər və ya repetitor tədrisini təmin edəcəkdir.
Tibbi xidmət və ödəniş
FLEX proqramı bütün finalçılara fövqəladə halları əhatə edən tibbi sığorta ilə təmin edir. Bundan əlavə, proqramda fiziki məhdudiyyətli şagirdlər üçün əlavə vəsait mövcuddur. Lakin, FLEX tibbi müalicə proqramı deyil və tibbi məsləhət, müalicə və ya əməliyyat keçirmir.
FLEX imtahanında iştirak etmək üçüçn xüsusi avadanlıq
FLEX proqramına müraciət edən bütün şagirdlər fiziki qabiliyyətindən asılı olmayaraq eyni imtahan prosesindən keçirlər. Lakin bundan əlavə, uyğunlaşdırılmış testlər (Brayl, böyüdülmüş və s.) mövcuddur və hər kəsin imhatanda iştirak etmək imkanı vermək üçün istifadə edilir. Namizədin ingilis dilində (danışıq, yazılı və s.) ünsiyyət qurmaq bacardığı müddətcə FLEX onları qəbul edə bilir.