FLEX Karyera Akademiyası

FLEX Karyera Akademiyası ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi proqram olub Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir. Beynəlxalq Təhsil üzrə Amerika Şurası hər ay CV yazılması, əlaqələrin qurulması və iş tapmaqla əlaqədar digər müvafiq bacarıqlarla əlaqədar aylıq təlim sessiyaları təşkil edir. Bu sessiyalar peşəkar təlimçilər və öz karyeralarında peşəkarlıq statusu əldə etmiş FLEX məzunları tərəfindən aparılır.

Proqramın məqsədləri: Seçilmiş məzunlara ali təhsil və karyera hazırlığı mövzusunda məlumat və məsləhət vermək; dövlət və özəl sektorda fəaliyyət göstərən peşəkarlarla əlaqələrin genişləndirilməsi; istedadlı və ambisiyalı məzunlara karyera imkanları ilə tanış olmaqda kömək etmək

FLEX Karyera Akademiyasında iştirak etməyin məzunlara faydaları: Peşəkar inkişaf və əlaqələrin genişləndirilməsi; əmək bazarına uyğunluğu artırmaq məqsədilə münasib bacarıqlar; ABŞ Səfirliyi tərəfindən imzalanmış sertifikat

FLEX Karyera Akademiyasına Azərbaycandan olan bütün məzunlar müraciət edə bilər.

 

Proqramla Əlaqə

Lalə Məmmədova
FLEX Proqram Koordinatoru

flex.az@americancouncils.org

(012) 436 75 29/30/31