Mübadilədən Təcrübəyə Proqramı
Bu proqram Azərbaycanda Birləşmiş Ştatlar səfirliyi tərəfindən maliyyələşdirilir və Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS) tərəfindən Azərbaycanın bir sıra nazirlik və hökümət orqanları ilə bir əməkdaşlıqda idarə olunur.
Mübadilədən Təcrübəyə Proqramı FLEX proqramının məzunlarına Azərbaycan hökümətinin bir sıra nazirlik və dövlət orqanlarında 4 aylıq təcrübə keçmək üçün müsabiqədə iştirak etməyə şərait yaradır. FLEX proqramı ABŞ Dövlət Depardamentinin proqramı olaraq ACCELS tərəfindən həyata keçirilir və hər il öndə gedəb məktəbliləri Amerika ailələrində yaşamağa və ABŞ məktəblərində təhsil almağa göndərir
Mübadilədən Təcrübəyə Proqramının məqsədi istedadlı, bacarıqlı və fəal tələbələri ölkənin dövlət sektoruna cəlb olunmağa və karyeralarını bu sahədə qurmağı düşünməyə ruhlandırmaqdır. Mübadilədən Təcrübəyə Proqramının ilk illərindən (2005-2012) 82 təcrübəçi bu proqramda iştirak etmişdir..
Mübadilədən Təcrübəyə Proqramı nədir?
Dövlət sektorunda dörd aylıq, yarımştat (həftədə 15-20 saatlıq), ödənişli təcrübə proqramıdır.
Təcrübədən Mübadiləyə Proqramının üstünlükləri nədir?
Təcrübəçi üçün:
Vacib dövlət sektoru sahələrində səmərəli iş təcrübəsi əldə etmək fürsəti.
Təcrüəbəçinin FLEX proqramında əldə etdiyi bacarığı işdə tətbiq etmək şansı
ABŞ səfirliyi tərəfindən verilən aylıq təqaüd
Nazirliklər və ya dövlət qurumları üçün:
4 ay ərzində istedadlı və həvəskar əlavə işçi qüvvəsi.
Aşağıdakı nazirliklər və dövlət qurumları bu proqram üzrə təcrübəçilər qəbul etmişdir:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
İqdisadi İnkişaf Nazirliyi
Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi
Maliyyə Nazirliyi
Nəqliyyat Nazirliyi
Ədliyyə Nazirliyi
Azərbaycan Diplomatik Akademiyası
Azərbaycan Dövlət Neft Fondu
Azərbaycan Dövlət Neft Şirkəti
Milli Məclis
Səhiyyə Nazirliyi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi
Mərkəzi Bank
Gənclər və İdman Nazirliyi
Nə zaman?
Dörd ay davam edən təcrübə proqramı yaz fəslində – fevral - may və yaxud mart - iyun aylarında baş tutacaq..
Selection:
Təcrübəçilər yanvar ayında Beynəlxalq Təhsil üzrə Amerika Şurası təşkilatının və ABŞ Səfirliyi nümayəndələrinin iştirak etdiyi komitənin keçirdiyi müsahibə əsasında seçiləcəklər.