ABŞ-da Təhsil

ABŞ Təhsil Məsləhət Mərkəzləri

ABŞ Təhsil Məsləhət Mərkəzi Amerika Dövlət Departamenti nəzdində fəaliyyət göstərən Təhsil və Mədəniyyyət İşləri üzrə İdarəsi tərəfindən dəstəklənən 450-dən çox məsləhət mərkəzlərinindən ibarət qlobal  bir şəbəkədir. Təhsil və Mədəniyyyət İşləri üzrə İdarə (ECA) Amerika və digər ölkələrdə adi vətəndaş və təşkilatlar arasında şəxsi, peşəkar və işgüzar əlaqələri önə çəkərək, xarici kütləyə öz fərqliliyi ilə birgə Amerika tarixi, cəmiyyəti, incəsənəti və mədəniyyətini təqdim edərək qarşılıqlı anlaşmanı gücləndirir.

Amerikadakı təhsil imkanları haqqında daha ətrdaflı məlumatı www.educationusa.state.gov/ ünvanında yerləşən ABŞ-daTəhsil internet səhifəsindən əldə edə bilərsiz.

ABŞ Təhsil Nümayəndəliyinin Missiyası

ABŞ-daTəhsil Mərkəzləri Amerikanın təhsil ocaqlarına aid dəqiq, qərəzsiz, izahlı, məqsədyönlü və dövri olaraq verilən məlumatları çatdıraraq dünya üzrə Amerikada yüksək təhsili fəal olaraq önə çəkir.  Mərkəz, eyni zamanda, bu imkanlardan masksimum dərəcədə  faydalanmaları üçün proqrama uyğun şəxslərə yol göstərir. Hər il milyonlarla potensial tələbələr Amerikada təhsil imkanları haqqında məlumatları ABŞ Təhsil Mərkəzlərindən əldə edirlər. Mərkəzlərdə Amerikada bilavasitə təhsil almış və ya Amerikada yüksək təhsil və məsləhət prossesi haqqında Dövlət Departamenti tərəfindən təsdiqlənmiş təlim keçmiş  peşəkar məsləhətçilər çalışırlar.


 

Proqramla Əlaqə

Tel./Faks: (+994 12) 436 75 29, 436 75 30
E-poçt: baku@educationusa.org

Instagram

Facebook

ABŞ Təhsil Məsləhət Mərkəzləri xidmətlərinə Rəqabətcil
Kollec Klubu
Təhsil Sərgiləri daxildir. Rəqabətcil Kollec
Klubu
haqqında daha çox məlumatı bu keçiddən əldə edə
bilərsiniz. Təhsil sərgiləri haqqında məlumat üçün bu keçidə baş çəkin.

ABŞ-da Təhsil üzrə Regional Proqram

Azərbaycan regionlarını inkişaf etdirmək və regional tələbələrin EducationUSA şəbəkəsi vasitəsilə ABŞ-ın ali təhsil imkanlarına çıxışına kömək etmək məqsədilə Beynəlxalq Təhsil üzrə Amerika Şurası ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə regional inkişaf proqramını həyata keçirir. Astara, Biləsuvar, Gəncə, Mingəçevir, Xaçmaz, Şəki və Zaqataladakı ABŞ təhsil proqramlarının məzunları və ingilis dili müəllimləri 9 ay ərzində Regional EducationUSA məsləhətçiləri kimi işə götürülərək onlara təlim keçilir. Regional məsləhətçilər həftəlik danışıq klublarını, mövsümi olaraq ABŞ-la bağlı Mədəni Məşğələləri və iki həftəlik Müzakirə/Oxu Klublarını idarə edəcəklər. 

Onlar, həmçinin, ABŞ-da prestijli kolleclərə güclü namizəd olmaq istəyən orta məktəb və bakalavr tələbələrinə köməklik göstərən qrup-məsləhət proqramı olan “College Prep Club”-ı (CPC) idarə edirlər. CPC üzvləri ABŞ-da təhsil ilə bağlı müxtəlif mövzulu seminarlarda və ABŞ məzunlarının həyata keçirəcəyi vebinarlarda iştirak edirlər. Bu fəaliyyətlər tələbələrin özlərini həm akademik, həm də sosial cəhətdən ABŞ-da təhsil almağa hazırlamağa və hansı məktəb və proqramların onların maraqlarına ən uyğun olduğunu müəyyən etməyə  kömək edəcək. Amerika təcrübəçiləri, ABŞ-da təhsil almış azərbaycanlılar və Fulbrayt proqramının tədris üzrə köməkçiləri proqrama cəlb olunur və regional tələbələr üçün müxtəlif regional dərslər keçirlər.

Bundan əlavə, CPC tələbələri regional tələbələri müxtəlif iş sahələri ilə tanış olmaq məqsədilə “Learning Hub” sessiyalarında iştirak edirlər. Müxtəlif sahələrin peşəkarları (məsələn, Sahibkarlıq, Səhiyyə İdarəetməsi, Psixologiya, Kənd Təsərrüfatı) öz peşələri və Azərbaycanda bu sahənin olmasının əhəmiyyəti haqqında danışmaq məqsədilə CPC tələbələri ilə görüşür. Bu proqram tələbələri düzgün karyera seçmək və ABŞ-da təhsil almaqda daha çox seçim və müxtəlif iş sahələri ilə tanış edəcək.

Nəhayət, regionlarda CPC qrupuna uyğun olmayan tələbələrə təklif olunan “Free Club” sessiyaları təşkil edilir. "Free Club” rəhbəri regional tələbələrə dil bacarıqlarını inkişaf etdirməyə və onları CPC-yə güclü namizədlər kimi hazırlamağa kömək etmək məqsədilə fəal CCC tələbələri, CPC məzunları, ABŞ proqramı məzunu olan könüllülər və VFSF təcrübəçiləri arasından seçilir. Bu klubların əsas ideyası yaş və dil məhdudiyyəti olmadan hər kəsin ingilis dili və danışıq klublarına çıxışını təmin etmək və onların Amerika mədəniyyəti ilə tanış olmasına kömək etməkdir. Bu, CPC tələblərinə cavab verməyənlər üçün dil bacarıqlarını inkişaf etdirmək və qarşıdan gələn tədris ili üçün rəqabətcil namizədlər olmaq şansı yaradacaq.

Astara üzrə ABŞ-da Təhsil Məsləhətçisi: Elvira Şahverdiyev, himmat2015racabli@gmail.com;

Biləsuvar üzrə ABŞ-da Təhsil Məsləhətçisi: Azər Əliyev, azer_eliyev_79@mail.ru;

Gəncə üzrə ABŞ-da Təhsil Məsləhətçisi: Aynur Abbasova, abbasovaaynur1978@gmail.com;

Xaçmaz üzrə ABŞ-da Təhsil Məsləhətçisi: Elnarə Cavadova, elnarajavadova@yahoo.com;

Xaçmaz üzrə ABŞ-da Təhsil Məsləhətçisi: Sevda Mürsəlova, sevdamursalova7@gmail.com;

Şəki üzrə ABŞ-da Təhsil Məsləhətçisi: Adilə Məmmədova adila.tahir@gmail.com;