CLS - Önəmli Dil Təqaüdü Proqramı

Önəmli Dil Təqaüdü proqramı ABŞ hökumətinin önəmli xarici dilləri öyrənən və mənimsəyən amerikalıların sayını kəskin şəkildə genişləndirmək cəhdlərinin bir hissəsidir. CLS institutları ABŞ vətəndaşı olan bakalavr və magistr tələbələri üçün yeddi-on həftə ərzində tam maliyyələşdirilən intensiv dil tədrisi və strukturlaşdırılmış mədəni proqram təqdim edir. ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun CLS proqramı 13 önəmli xarici dildə intensiv dil tədrisi təklif edir. Seçim prosesi Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən təsdiq edilmiş qrant əsasında həyata keçirilir. CLS proqramı Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Ohayo Dövlət Universiteti / Ohayo Universiteti tərəfindən idarə olunur. Azərbaycanda həyata keçirilən CLS proqramı aşağıdakı dilləri və səviyyələri əhatə edir:

Azərbaycan dili, türk dili: başlanğıc, orta və yüksək səviyyə;

Rus dili: Orta və yüksək səviyyə

 

Proqramla Əlaqə

cls@americancouncils.org